design a website
HAQQIMIZDA
Azərbaycan internet məkanında ilk televiziya və radio stansiyalardan biri olan "Paytaxt Media" Televiziya və Radio Yayımları Şirkəti
1 sentyabr 2009-cu ildə "Baku Media Center" adı ilə fəaliyyətə başlamışdır.
Sonradan yayım fəaliyyətini texniki səblərlə əlaqədar olaraq dayandırmışdır. 2011-ci il mart ayından etibaren yenidən fealiyyətini "Paytaxt Media" olaraq bərpa etmişdir. 2011-ci ildən -20.03.2014 tarixinədək "Paytaxt Media"nın tərkibində 5 radiostansiya fəaliyyət göstərmişdir.


ŞİRKƏTİN TƏRKİBİNDƏ OLAN RADYOLAR BUNLAR İDİ
1. POP Station (2011-ci ildən 2013 cü ilədək Paytaxt Radio adı altında fəaliyyət göstərib. 2013 cü ilin Sentyabr ayından etibarən bu ad istifadə edilib)
Bu radioda Populyar Azərbaycan musiqilərindən və dünya xitlərindən seçmə musiqilər səsləndirlib.
Radio 4.09.2011-cü ildə fəaliyyətə başlayıb. 20.03.2014 fəaliyyətini dayandırıb
2. Rap Station
Azərbaycanın və dünyanın ən çox dinlənilən repləri bu radiostansiyada səslənirdi.
Radio 4.09.2011-cü ildə fəaliyyətə başlayıb. 20.03.2014 fəaliyyətini dayandırıb
3. Romantik Radio
Azərbaycanın və dünyanın romantik musiqiləri bu radioda səslənirdi.
Radio 14.04.2012-cü ildə fəaliyyətə başlayıb. 20.03.2014 fəaliyyətini dayandırıb
4. Retro FM
Azərbaycanın ən çox dinlənilən korifey sənətçilərinin dillərdən düşməyən musiqiləri bu radioda səslənirdi.
Radio 01.04.2013-cü ildə fəaliyyətə başlayıb. İlk həftələr 10:00-20:00 arası fəaliyyət göstərib. Noyabr ayının əvvəllərindən etibarən 24 saatlıq yayına keçmişdir. Radio fəaliyyətini 20.03.2014 fəaliyyətini dayandırıb.
5. Retro World
1980-2000-ci illərdə Avropanın ən çox dinlənən hitə çevrilmiş musiqiləri bu radioda səslənir. Radio 7/24 fəaliyyət göstərir. 1 yanvar 2014-cü ildən fəaliyyətə başlayıb. (Yayım müddəti 4 ay davam edib və 20.03.2014 fəaliyyətini dayandırmışdır).

"Paytaxt Media" Televiziya və Radio yayımları şirkəti 2014-cü ilin Mart ayının 20-sindən etibarən yayım haqqını "Ukrain İnternet Service" Data şirkətinə və Türkiyənin "TMG" Design and Media yayım şirkətinə satmışdır və Azərbaycanda olan efir mərkəzi 20.03.2014 tarixində fəaliyyətini dayandırmışdır.


YENİDƏN YAYIMDAYIQ
2015-ci ilin Dekabr ayının 22-ci günündə Türkiyədəki yayım mərkəzi "Paytaxt Media" şirkətinə təhvil verilərək bağlanmışdır.
Bundan Bir gün sonra isə "Ukrain İnternet Service" Data şirkətidə yayım haqqını "Paytaxt Media" şirkətinə təhvil vermişdir.
23.12.2015-ci il tarixində "Paytaxt Media" şirkəti rebrending edərək fəaliyyətinə yenidən başlamışdır.
6 Yanvar 2016-cı ildə isə  "Paytaxt Kanalı"-nı fəaliyyətinə başlamışdır. Kanalda
Mədəniyyətdən,İncəsənətə və Əyləncəyə dair hərşey bu kanalda cəmlənib.O cümlədən kanalda Bədii Filmlər,Seriallar,Uşaqlar üçün cizgi filmlərdə yayımlanır.

SOSİAL ŞƏBƏKLƏRDƏ
BİZİ İZƏYİN!